Mehbalıyev və Əhmədov U-21-də
Xəbərlər / 21 Avqust 2021 | 15:18213
Mehbalıyev və Əhmədov U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. “Qəbələ”nin iki oyunçusu yığmaya çağırılıb. Bunlar qapıçı Nicat Mehbalıyev və müdafiəçi Rüfət Əhmədovdur. AVRO-2023-ün seçmə mərhələsinin sentyabrın 2-də Xorvatiya, 7-də Avstriya ilə qarşılaşacaq U-21-in hazırlıq məqsədilə təlim-məşq toplanışı olacaq. Millimizin hazırlıq prosesi avqustun 22-dən 29-dək Bakıda təşkil ediləcək.