Mehbalıyevlə Damadayev U-21-də
Xəbərlər / 1 Oktyabr 2021 | 17:27192
Mehbalıyevlə Damadayev U-21-də

“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb. Bunlar qapıçı Nicat Mehbalıyev və müdafiəçi Süleyman Damadayevdir. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Yığmamız oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya yığması ilə qarşılaşacaq. Hər iki qarşılaşma Sumqayıtdakı “Kapital Bank Arena”da baş ttuacaq.