“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb. Bunlar qapıçı Nicat Mehbalıyev və müdafiəçi Hüseyn Mürsəlovdur.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Yığmamız noyabrın 12-də Avstriya, 16-da isə Norveç yığması ilə qarşılaşacaq.