Mehdi Abbasovdan bürünc medal
Xəbərlər / 5 May 2025 | 11:4215241
Mehdi Abbasovdan bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Mehdi Abbasov növbəti mükafatını qazanıb.

 

O, gənclər arasında Avropa kubokunda fərqlənib. İdmançımız Türkiyənin İstanbul şəhərində keçirilən yarışda 81 kq çəkidə mübarizə aparıb. Eyni çəkidə yeniyetmələr arasında Azərbaycanın yeganə dünya üçüncüsü olan Mehdi bu yarışda da 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb. 

 

Qeyd edək ki, turnirdə 30 ölkədən 529 idmançı (355 oğlan, 174 qız) iştirak edib.