Məhəmməd Məmmədovdan bürünc medal
Xəbərlər / 14 Fevral 2022 | 01:40211
Məhəmməd Məmmədovdan bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov növbəti uğuruna imza atıb. Təmsilçimiz "Turkish Open" beynəlxalq turnirində fərqlənib. 

Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi yarışda 80 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Gənclər arasında dünya çempionu olan Məhəmməd "Turkish Open"də 3-cü yeri tutaraq bürünc medal qazanıb.