Məhəmməd Məmmədovun növbəti uğuru
Xəbərlər / 21 İyul 2014 | 18:48221
Məhəmməd Məmmədovun növbəti uğuru

Azərbaycanı və "Qəbələ"ni beynəlxalq arenada layiqincə təmsil edən taekvondoçumuz Məhəmməd Məmmədov növbəti uğura imza atıb. Gənclər arasında son Dünya birinciliyin qalibi Məhəmməd Məmmədov (-63 kq)  Koreyanın Gyeonqju şəhərində keçirilən beynəlxalq “Korea Open” turnirində gümüş medal qazanıb. O, finalda çinli idmançıya uduzaraq ikinci pilləni tutub. 
Xatırladaq ki, turnirə 8 idmançı ilə qatılan gənclərdən ibarət komandamız  vətənə 2 medalla dönüb. Digər medala bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Səid Quliyev sahib olub.