Mehman Sadıqov Avropa Kubokunun qalibi oldu
Cüdo / 3 Avqust 2013 | 20:261089
Azərbaycanı və "Qəbələ" İdman Klubunu Almaniyanın Berlin şəhərində keçirilən Gənclərin Avropa Kubokunda təmsil edən cüdoçumuz Mehman Sadıqov uğurlu çıxışla yadda qalıb. Finaladək inamla qələbələri sıralayan idmançımız həlledici görüşdə macar Akos Barta ilə üz-üzə gəlib. Bu qarşlaşmada da bacarığını nümayiş etdirən Mehman rəqibinə şans verməyib və turnirin qızıl medalına yiyələnib. Cüdoçumuz bu qələbəni 55 kq çəki dərəcəsində qazanıb. Turnirin ilk günündə mübarizəyə qoşulan "Qəbələ" idmançılarından Aişə Qurbanlı medalçılar sırasına düşmək şansını son anda əldən verib. Yarımfinalda məğlub olan cüdoçumuz yarışı beşinci sırada tamamlayıb.
Sabah sözügedən yarışda daha bir "Qəbələ" təmsilçisi tatami üzərinə çıxacaq. 81 kq-da Mərdan Qədirli mübarizəyə qoşulacaq.