Mehman Sadıxovdan Avropa qızılı
Cüdo / 31 May 2014 | 20:57937
Mehman Sadıxovdan Avropa qızılı

Azərbaycan cüdo məktəbinin və "Qəbələ" İdman Klubunun ən perspektivli cüdoçularından sayılan Mehman Sadıxov Avstriyada keçirilən Gənclərin Avropa Kubokunda uğurlu çıxışla yadda qalıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına sahib olub. Mehman bu çəkidə medallar uğrunda tatamiyə çıxan 52 idmançını qabaqlaya bilib. 
Xatırladaq ki, Avstriyanın Leybnits şəhərində baş tutan turnir rekord sayda cüdoçunun mübarizəsinə şahidlik edib - 35 ölkədən 596 idmançı. Yarışda Avropa təmsilçilərindən əlavə Yaponiya, Braziliya, Qazaxıstan və Özbəkistan kimi ölkələrin cüdoçuları da iştirak ediblər.