“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə məktəblilərlə görüş keçirilib.
Görüş Qəbələ şəhər 3 saylı tam orta məktəbdə təşkil olunub. Futbolda Sosial Məsuliyyətin meyarlarından olan “Bərabərlik, inklüzivlik” mövzusunda baş tutan tədbirdə komandamızın əvəzedici heyətinin üzvləri iştirak edib.
Görüşdə əsas məqsəd məktəbli qızların və oğlanların sosial bacarıqlarını artırmaq və futbolun, idmanın əlçatanlığını nümayiş etdirməkdir.
Görüş zamanı futbolçularla oynayan uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər. Komandamızın üzvləri şagirdlərə öz tövsiyyələrini verib, sonda isə onlarla xatirə şəkilləri çəkdiriblər.