MƏLUMAT
Xəbərlər / 13 Mart 2022 | 18:31339
MƏLUMAT

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Zirə” oyunu əlverişsiz hava şəraitinə görə 65-ci dəqiqədə təxirə salınıb.

Matç sabah - 14 martda dayandırıldığı dəqiqədən davam edəcək. Qəbələ şəhər stadionundakı görüşün davamı saat 12:30-da başlayacaq.

Xatırladaq ki, matç dayandırılarkən hesab 0:0 olub.