“Qəbələ” ukraynalı futbolçu Zurab Oçiqava ilə yollarını ayırıb. 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-ci ilin iyulundan komandamızda çıxış edən Zurab “qırmızı-qara” formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.