MƏLUMAT
Xəbərlər / 8 Dekabr 2025 | 19:5618534
MƏLUMAT

Misli Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb.

 

Matç dayandırıldıqdan sonra Peşəkar Futbol Liqası tərəfindən bütün texniki imkanlar araşdırılıb. Turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.

 

Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.