“Qəbələ” Elşad Tağıyevlə yollarını ayırıb. Klub və futbolçu arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2024/2025-ci illər mövsümündən komandamızın şərəfini qoruyan hücumçu bütün turnirlərdə keçirdiyi 39 oyunda 9 qol vurub.
“Qəbələ” İdman Klubu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzu edir!