«Məqsədimizə nail olduq»
Xəbərlər / 7 May 2014 | 22:00165
«Məqsədimizə nail olduq»

Premyer Liqanın XXXIV turu çərçivəsində baş tutan "Qəbələ"-"Bakı" (3:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"İlk hissədə yaxşı təsir bağışladıq. Bu özünü nəticədə də göstərdi. Fasiləyə lazımi hesabla yollandıq. İkinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Nədənsə futbolçular müdafiəyə daha çox diqqət ayırdılar. Bütün tənqidlərə baxmayaraq biz qarşımıza qoyduğumuz məqsədə, bu mövsüm hədəflədiyimiz nəticəyə nail olduq. Komandamız tarixində ilk dəfə Avroliqaya vəsiqə qazandı. Mövsümün sonuna iki tur qalıb. Bu oyunlarda daha yuxarı yerlər uğrunda mübarizə aparacağıq. Həm də ölkə kubokunun finalına hazırlaşacağıq. Bütün "Qəbələ"sevərləri, rəhbərliyimizi və futbolçularımızı nəticə ilə bağlı təbrik edirəm. Avroliqada oynamaq üçün nə lazımdı? İlk növbədə heyəti saf-çürük etmək və bacardıqca yaxşı hazırlaşmaq".