Azərbaycan Premyer Liqasında V turun rəmzi komandası açıqlanıb. “Qəbələ” turun “11-liy”ində bir futbolçu ilə təmsil olunub. Merab Qiqauri “InStat” şirkətinin təhlilinə əsasən tərtib olunan komandaya daxil edilib. O, mövsümdə ilk dəfə rəmzi komandada yer alıb.
Merab buna “Səbail”lə səfər oyunundakı (1:1) çıxışına görə layiq görülüb. Onun Bakıda keçirilən görüşdəki oyunu “İnStat” tərəfindən 280 indeksi ilə qiymətləndirilib.