«Meydana ən hazırlıqlı futbolçular çıxmışdı»
Xəbərlər / 30 Mart 2016 | 14:24141
«Meydana ən hazırlıqlı futbolçular çıxmışdı»

Topaz Premyer Liqasının XXVII turunun AZAL – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyunun gedişində nəyisə dəyişmək, rəqibin tempi artırmaq cəhdinə hazır olmaq barədə çox danışmışam. Rəqibin oyunda dönüş yaratmaq istəyəcəyinə hazır olmaq lazımdır. Birinci hissədə kifayət qədər yaxşı oynadıq. Bu üzdən dəyişikliklərə ehtiyac yox idi. Fasilədə də dəyişikliklər və oyun planında düzəliş etməklə bağlı tapşırıqlar çox vermədik. Heyəti müəyyənləşdirərkən qeyri-adi heç nə baş verməyib. Hər matçda olduğu kimi meydana ən hazırlıqlı futbolçular çıxmışdı”.