«Meydançaya, hakimliyə və rəqibə uyğunlaşa bilmədik»
Xəbərlər / 20 Avqust 2013 | 05:17267
Topaz Premyer Liqasının III turu çərçivəsində keçirilən "Sumqayıt"-"Qəbələ" (2:1) oyunundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. O, komanda olaraq meydançaya, hakimliyə və rəqibə uyğunlaşa bilmədiklərini söyləyib. Mütəxəssis qələbədə "Sumqayıt"ın istəyinin də böyük rol oynadığını bildirib: "Komandam yaxşı oyun nümayiş etdirə bilmədi. Oyun boyu meydançaya, hakimliyə və rəqibə uyğunlaşa bilmədik. Umumiyyətlə çox az və pis paslaşdıq. Qələbədə "Sumqayıt"ın istəkli və emosional olması rol oynadı".