«Meydanda əsl komanda var idi»
Xəbərlər / 7 Fevral 2016 | 17:29146
«Meydanda əsl komanda var idi»

Topaz Premyer Liqasının XX turunun “İnter” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bu gün komandamdan razı qaldım. Futbolçularımız xarakter nümayiş etdirdi. Meydanda əsl komanda var idi. Bu üzdən onlardan hər hansını fərqləndirə bilmərəm. Təbii ki, qapıçımız da yaxşı oyun nümayiş etdirdi. Seriyalara o qədər də önəm vermirəm. Çünki bu müddətdə həm yaxşı, həm də uğursuz oyunlarımız olub. Məğlub olduğumuz qarşılaşmaların bəzilərində qələbə də qazana bilərdik. Həmin matçlara seriya kimi deyil, tək-tək yanaşmağa üstünlük verirəm. Ötən tur iki hücumçunu itirdik. Buna görə də Dodo və Ermin Zets ön xətdə çıxış etdi. Hazırda bərpa prosesi keçən Sergey Zenyov yaxın günlərdə komandaya qoşulacaq. Aleksey Antonov isə 4-5 həftəyə sıraya dönəcək”.