“Meydanda istədiyimi görə bildim”
Xəbərlər / 29 Avqust 2024 | 12:213581
“Meydanda istədiyimi görə bildim”

“Qəbələ” 2024-2025-ci illər mövsümünə hazırlıq çərçivəsində “Cəbrayıl”la yoxlama oyunu keçirib. “Qırmızı-qaralar”ın 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze fikirlərini gabalafc.az-a açıqlayıb:

 

 

"Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım. Meydança amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim. Lakin, yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən. Nəticə etibarilə, komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu".