Misli Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini bildirib:
"Hər iki komanda yüksək səviyyəli oyun nümayiş etdirdi. Meydanda sürət və mübarizə var idi. Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur. Məşqlərdə bunun üzərində çox işləyirik, lakin oyunda alınmır. Futbolçuların mübarizə aparmasından razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür işləsək, daha çox xallar qazana bilərik".