«Məzmunlu oyunla layiqli 3 xal qazandıq»
Xəbərlər / 14 Fevral 2021 | 17:27247
«Məzmunlu oyunla layiqli 3 xal qazandıq»

Azərbaycan Premyer Liqasının XV turunun “Qəbələ” – “Keşlə” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Gözlədiyimiz kimi ağır oyun oldu. “Keşlə” güc futboluna üstünlük verən, hər zonada rəqibinə təzyiq edən komandadır. “Qarabağ”la matçdan sonra komandanı toparlamağa çalışdıq. “Keşlə” ilə qarşılaşmaya hazırlığı pozitiv şəkildə davam etdirdik. Məşqlərdə də hiss edirdik ki, futbolçular istəklidir və oyuna motivasiyalıdır. Bu gün məzmunlu oyunla layiqli 3 xal qazandıq. Komandanın çıxışı və yanaşmasından razıyam. Hücum planında daha da keyfiyyətli ola bilərik. Bu, komandanın maksimumu deyil”.