Millimiz qalib gəldi, Emil 2-ci oyununu keçirdi
Xəbərlər / 12 Sentyabr 2023 | 21:571951
Millimiz qalib gəldi, Emil 2-ci oyununu keçirdi

“Qəbələ”nin futbolçusu Emil Səfərov Azərbaycan milli komandasında növbəti oyununu keçirib. 21 yaşlı yarımmüdafiəçi İordaniya ilə bu gün keçirilən yoldaşlıq görüşündə iştirak edib. O, “Dalğa Arena”dakı qarşılaşmanın 67-ci dəqiqəsində meydana daxil olub.

Azərbaycan millisi bu oyunda 2:1 hesabı ilə qalib gəlib. Bu görüş Emilin əsas yığmada 2-ci sınağı olub.

O, üç gün öncə AVRO-2024-ün Belçika ilə seçmə oyununda (0:1) da şans qazanıb. Səfərov həmin görüşdə 62-ci dəqiqədə meydana çıxıb.