Millimizdən heç-heçə, Təmkin Xəlilzadədən 8-ci oyun
Xəbərlər / 14 Oktyabr 2018 | 23:31347
Millimizdən heç-heçə, Təmkin Xəlilzadədən 8-ci oyun

UEFA Millətlər Liqasında II dövrəyə start verilib. D liqasının III qrupunda mübarizə aparan Azərbaycan milli komandası IV turda Malta ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Görüşdə “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə də iştirak edib. O, fasilədən sonra oyuna daxil olub və 2-ci hissəni meydanda keçirib. Bu matç Təmkinin yığmada 8-ci oyunu olub. Onun hesabında 1 qol var.

 Qeyd edək ki, komandamızın yarımmüdafiəçisi Sabien Lilay da UEFA Millətlər Liqasının IV turunun iştirakçısı olub. O, C liqasının I qrupunun İsraillə səfər matçının (0:2) ikinci hissəsini meydanda keçirib.