Millimizdən növbəti qələbə - Qurbanov və Mirzəbəyov nə ilə yadda qaldı?
Xəbərlər / 8 Oktyabr 2016 | 23:22346
Millimizdən növbəti qələbə - Qurbanov və Mirzəbəyov nə ilə yadda qaldı?

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsinin II turunda Norveç yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən matçda yığmamız 1:0 hesabı ilə qalib gəlib. San-Marinoda olduğu kimi yenə eyni hesablı qələbədən sonra millimiz xal hesabını 6-ya çatdırıb. “Qəbələ”dən ölkəmizin əsas komandasına çağırılan hər iki futbolçu qarşılaşmada iştirak edib. Start heyətində yer alan Məhəmməd Mirzəbəyov və Ruslan Qurbanov yığmanın qələbəsində pay sahibi olublar. 11-ci dəfə milli forması geyinən Məhəmməd 90 dəqiqə meydanda olub. Yığmada 13-cü oyununu keçirən Qurbanov 80-cu dəqiqədə əvəzlənib. O, bu matçda sarı vərəqə alıb.

Xatırladaq ki, “Qəbələ”nin daha bir futbolçusu Sergey Zenyov DÇ-2018-in seçmə mərhələsinin bir gün əvvəl keçirilən Estoniya – Cəbəllütariq matçının iştirakçısı olub. Start heyətində yer alan futbolçumuz komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçın 65-ci dəqiqəsində əvəzlənib.