Millinin baş məşqçisi «Qəbələ»nin hazırlığını izlədi
Xəbərlər / 3 Noyabr 2020 | 17:50226
Millinin baş məşqçisi «Qəbələ»nin hazırlığını izlədi

“Qəbələ” Azərbaycan Premyer Liqasının hazırlıqlarını davam etdirir. Noyabrın 7-də Bakıda “Keşlə”nin qonağı olacaq “qırmızı-qaralar” məşqlərini paytaxtda gerçəkləşdirir. Elmar Baxşıyevin yetirmələri bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıq keçib. Məşq prosesini Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və köməkçiləri də izləyib. Məşqdən öncə və sonra italiyalı mütəxəssis və Baxşıyev yığmaya namizədlərin durumu barədə fikir mübadiləsi aparıblar.  

Xatırladaq ki, noyabrın 7-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Qəbələ” matçı saat 14:00-da başlayacaq.