Millinin gücü - «Qəbələ»
Xəbərlər / 16 İyun 2012 | 05:40335
Millinin gücü - «Qəbələ»

AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması «Sumqayıt» klubunun nəzdindəki U-15 və U-16 komandalarının uzvlərindən təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 11:2 hesabı ilə yıgmamızın xeyrinə başa çatıb.  Milli komandanın böyükhesablı qələbəsində “Qəbələ”li futbolçular əsas pay sahibi olublar. “Qəbələ”dən yığmaya dəvət olunmuş Baxşəli Baxşəliyev 4,  Azər İsmayılov 2, Turan Manafov isə 1 dəfə rəqibin qapısına yol tapıb  Xatırladaq ki, yığma bu matçdan iki gün öncə “Qəbələ”nin U-14 komandası ilə üz-üzə gəlmişdi. Heç bir komponentdə yığma komandadan geri qalmayan “Qəbələ” 8 futbolçusunun rəqib düşərgədə olmasına baxmayaraq matç 2:2 hesabilə yekunlaşmışdı.