«Mini Kickers» III ilində
Xəbərlər / 12 Noyabr 2012 | 08:00395
«Mini Kickers» III ilində

“Qəbələ” Futbol Klubu Futbolun Kütləviləşdirilməsi Departamenti (FKD) üçüncü ildir ki, rayon ərazisindəki məktəblərdə azyaşlı uşaqlar üçün futbol məşqləri təşkil edir. Departament 5-10 yas arası uşaqlara müxtəlif səviyyəli futbol dərsləri keçməklə onlarda futbol bacarıqlarını inkişaf etdirir. “Mini Kickers” adlanan bu proqram eyni zamanda bacarıqlı uşaqları secərək, onların məşqlərin səviyyəcə növbəti mərhələsinə kecməsinə yardim edir.

“Qəbələ” FK FKD-nin rəhbəri Co Doyl: “Mini Kickers” proqramı planauyğun şəkildə davam edir. Bu proqrama qatılanların sayı ildən-ilə artır. Proqramın məqsədi azyaşlılardan ibarət 3 və ya 4 komandaya meydançada tam sərbəst futbol oynamaq imkanı verməkdir. Bu yolla azyaşlı qəbələli uşaqlar rayonda futbol sahəsində ümumi inkişaf proqramının bir hissəsinə çevrilirlər. “Mini Kickers” proqramının təlimləri həm də Qəbələ Futbol Akademiyasının məşqçilər heyətinin tərəfindən izlənilir ki, bu da gələcəkdə proqram iştirakçılarının akademiyaya yolunu açır”. 

Co Doyl bu ay start veriləcək “III Coca-Cola Məktəbli kuboku” turnirinə də hazırlaşdıqlarını deyib: 
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Qəbələ” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək “III Coca-Cola Məktəbli kuboku” turnirinə də böyuk həvəslə hazırlaşırıq. Turnirə noyabr ayının ortalarında start verilməsi nəzərdə tutulub. Yeri gəlmişkən qeyd edim ki, hansı məktəb və ya idman muəllimi yetirmələrinin bu turnirdə iştirak etməsini istəyirsə, mümkün qədər tez bir zamanda FKD ilə əlaqə saxlaya bilər. 
Keçən il Qəbələni təmsil edən komanda Azərbaycanda ən yaxşı 6 komandadan biri oldu. Bu, akademiya səviyyəli məşqlər keçməyən qurum üçün böyuk nailliyyətdir. Ancaq biz bu il daha böyük uğur əldə etməyi qarşıya məqsəd qoymuşuq".