MMA döyüşçüləri ilə müqavilə imzalanacaq
Xəbərlər / 17 Oktyabr 2023 | 11:261504
MMA döyüşçüləri ilə müqavilə imzalanacaq

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev yeni müqavilə imzalayacaq. İmzalanma mərasimi oktyabrın 19-da baş tutacaq.

Tədbir "Baku MMA Academy"də təşkil olunacaq. Mərasim saat 12:00-da başlayacaq. Bütün KİV nümayəndələri dəvətlidir.

Xatırladaq ki, MMA döyüşçülərimiz noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.