MOİK-lə 11-ci duel
Xəbərlər / 9 Dekabr 2021 | 14:24337
MOİK-lə 11-ci duel

Sabah Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. 2021/22 mövsümünə 1/8 finaldan başlayacaq “Qəbələ” MOİK-lə görüşəcək. Bir matçdan ibarət mərhələnin oyununu səfərdə keçirəcək “qırmızı-qaralar” rəqibi ilə “Dalğa Arena”da üz-üzə gələcək.

Bu, komandalar arasında 11-ci sınaq olacaq. İlk duel 2005/06 mövsümünə təsadüf edib. Həmin vaxt da rəqiblərin yolları kubokda kəsişib. Həmin qarşılaşma həm də “Qəbələ”nin kubokda debütü olub.

İndiyədək keçirilən 10 matçda böyük üstünlüyə malik “qırmızı-qaralar” 7 qələbə qazanıb və 3 heç-heçə edib. Heç vaxt uduzmayan komandamız top fərqində də aşkar üstündür. 19 qol vuran futbolçularımız cəmi 1 top buraxıblar.

“Qəbələ” və MOİK arasında qarşılaşmaların ən yaxşı bombardirləri İbrahim Hüseynov, Fərzad Hatəmi və Deon Bartondur. Onlar hərəyə üç dəfə fərqləniblər. 

Bu matçlardan 6-sl çempionat, 4-ü kuboka təsadüf edib. Ölkə kubokundakı bütün oyunlarda qələbə qazanan “Qəbələ” 10 cavabsız qol vurub.

Bu üstünlük səfər görüşlərində də hiss olunub. Rəqib meydanındakı 5 görüşdən dördündə qalib gələn Qəbələnin eyniadlı təmsilçisi bir heç-heçə edib. 13 səfər qoluna sevinən komandamız bir top buraxıb.

Xatırladaq ki, dekabrın 10-da “Dalğa Arena”da keçiriləcək MOİK - “Qəbələ” matçı saat 17:00-da başlayacaq. 

 

2005/06 mövsümü

24.09.2005. Azərbaycan kuboku. Göy-Göl (Xanlar) - MOİK (Bakı) - 2:0

İbrahim Hüseynov, 29, Rövşən Əhmədov, 62

15.10.2005. Azərbaycan kuboku. MOİK (Bakı) - Göy-Göl (Xanlar) - 0:4

İbrahim Hüseynov, 2, Rəşad Yusubov, 13, Natiq Qasımov, 81 (ö.q.), Fazil Pərvərov, 85

2007/08 mövsümü

26.09.2007. Azərbaycan kuboku. MOİK (Bakı) - Qəbələ - 0:2

Samir Zərgərov, 35, Pərvin Paşayev, 90

03.10.2007. Azərbaycan kuboku. Qəbələ - MOİK (Bakı) - 2:0

İbrahim Hüseynov, 3, Samir Məmmədov, 49

2008/09 mövsümü

17.08.2008. Premyer Liqa. MOİK (Bakı) - Qəbələ - 0:3

Fərzad Hatəmi 63, 69, 76

21.02.2009. Premyer Liqa. Qəbələ - MOİK (Bakı) - 2:0

Tornike Aptsiauri, 21, Anatoli Tebloyev, 34

2010/11 mövsümü

29.08.2010. Premyer Liqa. Qəbələ - MOİK (Bakı) - 0:0

04.12.2010. Premyer Liqa. MOİK (Bakı) - Qəbələ - 0:3

Deon Barton, 41, 89 (p.), Bruno da Silva, 44

13.03.2011. Premyer Liqa. MOİK (Bakı) - Qəbələ - 1:1

Emin Cəfərquliyev, 56 // Deon Barton, 52

24.04.2011. Premyer Liqa. Qəbələ - MOİK (Bakı) - 0:0