MOİK - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 9 Dekabr 2021 | 15:56324
MOİK - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları üçün bütün təyinatlar açıqlanıb. Dekabrın 10-11-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Mərhələnin ilk oyun günündə MOİK-lə qarşılaşacaq “Qəbələ”nin səfər matçına təyinatlar da bəlli olub. “Dalğa Arena”dakı görüşü Fərid Hacıyev idarə edəcək. Onun köməkçiləri Kamran Bayramov və Rahil Ramazanov olacaq. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. 

Xatırladaq ki, MOİK – “Qəbələ” matçı saat 17:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/8 final

10 dekabr (cümə)

17:00. MOİK – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Dalğa Arena”