MOİK - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 3 Dekabr 2021 | 17:04166
MOİK - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. İki gün ərzində keçiriləcək matçların yeri və vaxtı müəyyənləşib. Yarışa 1/8 finaldan başlayacaq “Qəbələ” MOİK-lə üz-üzə gələcək. Matç dekabrın 10-da keçiriləcək. “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan kuboku

1/8 final

10 dekabr (cümə)

17:00. MOİK – “Qəbələ”

“Dalğa Arena”