Monroz turun rəmzi yığmasında
Xəbərlər / 6 Fevral 2019 | 16:50731
Monroz turun rəmzi yığmasında

Topaz Premyer Liqasının XV turunun rəmzi komandası açıqlanıb. Peşəkar Futbol Liqasının “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirdiyi “11-lik”də “Qəbələ” də təmsil olunub. Öz meydanında “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın hücumçusu Stiven Monroz rəmzi komandaya daxil edilib. Komandamızın qələbə qolunun müəllifi olan legioner 4-cü dəfə “11-lik”də yer alıb.