Monroz VIII turun ən yaxşısı, Adeniyi rəmzi komandada
Xəbərlər / 25 Oktyabr 2018 | 13:12276
Monroz VIII turun ən yaxşısı, Adeniyi rəmzi komandada

Topaz Premyer Liqasının VIII turunun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib. Peşəkar Futbol Liqasının “İnstat” şirkətinin təhlilləri əsasında açıqladığı “11-lik”də “Qəbələ”nin iki futbolçusu yer alıb.

Onlardan biri – Stiven Monroz komandaya turun ən yaxşısı kimi daxil edilib. “Neftçi” üzərində 3:1 hesablı qələbədə 1 qol və 2 məhsuldar ötürmə ilə pay sahibi olan fransalı hücumçu “İnStat”ın araşdırmalarına görə ən yüksək indeksə layiq görülüb.

Monroz kimi Ceyms Adeniyi də  rəmzi komandaya daxil edilib. Qəbələ şəhər stadionundakı qarşılaşmada dubl müəllifi olan Ceyms 3-cü dəfə “11-liy”ə düşüb. Monroz isə mövsümdə ilk dəfə buna nail olub.