Mövsümün III qızılı - U-17 erkən çempion!!!
Xəbərlər / 13 May 2013 | 17:20260
"Qəbələ"nin U-11 və U-19 komandalarının ardından U-17 kollektivi də 2012-2013 mövsümünün qalibi adına yiyələnib. Bu gün U-17 Liqasının 24-cü turu çərçivəsində səfərdə "Sumqayıt"la üz-üzə gələn təmsilçimiz rəqibinə şans verməyib. Rəqibini Əli Səmədov və Vəzir Musayevin qolları ilə 2:0 yenən Famil Xəlilovun yetirmələri xallarının sayını 63-ə, ikinci pillədə qərarlaşan "Neftçi" ilə xallarının fərqini isə 8-ə çatdırıb və çempionatın sonuna 2 tur qalmış çempionluğunu elan edib. "Qəbələ" son iki turda "Gənclik" və "Xəzər-Lənkəran"la qarşılaşacaq.