Mövsümün ilk heç-heçəsi
Xəbərlər / 28 Oktyabr 2014 | 13:01203
Mövsümün ilk heç-heçəsi

“Araz Naxçıvan” 0-0 “Qəbələ”
Bu gün əvəzedicilərin çempionatında II dövrəyə start verilib. X turun qarşılaşmaları eyni gündə baş tutub. “Qəbələ” dövrəyə səfər oyunu ilə başlayıb. Tarixində ilk dəfə Naxçıvana səfər edən komanda “Araz-Naxçıvan”ın qonağı olub. Liderlər qrupunda qərarlaşan Luis Araqonun yetirmələri səfər matçına qələbə üçün çıxıb. İlk dövrədə rəqibini 4:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” mövsümdə 7-ci qələbəsini qazanmaq əzmində olsa da, autsayderlər qrupunda yer alan meydan sahiblərinin müqavimətini qıra bilməyib. Yarışda liderliyi də ələ keçirmək imkanına malik “Qəbələ” səfərdə qolsuz heç-heçə ilə kifayətlənib. Vacib 2 xal itirən komanda mövsümdə ilk dəfə heç-heçə edib. Belə ki, bu qarşılaşmayadək 9 oyuna çıxan Araqonun yetirmələri 6 qələbə qazanıb, 3 dəfə məğlub olmuşdu. Beləliklə, “Qəbələ” aktivindəki 19 xalla 3-cü pillədə qərarlaşıb.

 
1 İnter  10 6 2 2 25-16 20
2 Xəzər Lənkəran 10 20-11  20 
3 QƏBƏLƏ  10 6 1 3 14-11 19
4 Qarabağ  17-12  18 
Simurq  10  23-11  17 
AZAL  8-10  12 
Neftçi 9 3 2 4 14-15 11 
Bakı 10 3 1 6 19-19 10 
Araz Naxçıvan  9-22 
10  Sumqayıt   10  10-32