Mövsümün ilk sınağı
Xəbərlər / 14 Avqust 2025 | 15:3813463
Mövsümün ilk sınağı

Sabah Misli Premyer Liqasında 2025/26 mövsümünə start veriləcək.

 

“Qəbələ” I turda Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”la qarşılaşacaq.

 

Əliyar Ağayevin idarə edəcəyi mövsümün açılış matçı saat 17:00-da start götürəcək.

 

Bu, iki komanda arasında 4-cü duel olacaq. Rəqiblər indiyədək yalnız ötən mövsüm üz-üzə gəliblər.

 

Hər üç görüş I Liqada baş tutub. “Qəbələ” 2 matçda qalib gəlib, 1 oyundan xalsız ayrılıb. 3 qol vuran komandamız 2 top buraxıb.

 

“Karvan-Yevlax” – “Qəbələ”: Bütün oyunlar

28.11.2024.  1-ci liqa. Karvan-Yevlax - Qəbələ - 0:1

Nuğay Rəşidov, 88

28.02.2025. 1-ci liqa. Qəbələ - Karvan-Yevlax - 2:0

Domi Massumo, 54; Abdullahi Şuaybu, 84

02.05.2025.  1-ci liqa. Karvan- Yevlax - Qəbələ - 2:0

Emil Qasımov, 62; Ezekiel Morqan, 80