Sabah I Liqada XXVI tura start veriləcək.
Turun ilk gününün yeganə qarşılaşması Qəbələdə baş tutacaq. I Liqanın çempionu “Qəbələ” öz meydanında “Zaqatala” ilə qarşılaşacaq.
Bu, “qırmızı-qaralar”ın mövsümdə son ev oyunu olacaq. 25 turdan sonra 61 xala malik Kaxaber Tsxadadzenin yetirmələri mövsümdə 20-ci qələbəni qazanmağa çalışacaqlar.
Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq. Matç Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, “Qəbələ” mayın 22-23-də keçiriləcək XXVII turda “Qaradağ Lökbatan”ın qonağı olacaq.
I Liqa, XXVI tur
5 may (cümə axşamı)
16:00. “Qəbələ” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ şəhər stadionu