Bu həftə I Liqada 2024/25 mövsümünə yekun vurulacaq.
Sonuncu tura bu gün start veriləcək. “Qəbələ” XXVII turun ilk günündə “Qaradağ Lökbatan”la üz-üzə gələcək.
Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda mövsümün son oyununu səfərdə keçirəcək. I Liqanın çempionu olan “qırmızı-qaralar”ın oyunu saat 17:00-da başlayacaq.
Matç Lökbatan OİK stadionunda baş tutacaq. Görüşü Kamran Əliyev idarə edəcək.
Qeyd edək ki, “Qəbələ” keçirdiyi 26 oyunda 64 xal toplayıb.
I Liqa, XXVII tur
22 may (cümə axşamı)
17:00. “Qaradağ Lökbatan” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan OİK stadionu