Mövsümün son oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 18 May 2025 | 09:2415101
Mövsümün son oyununun vaxtı müəyyənləşdi

I Liqada mövsümün son turunun oyun cədvəli açıqlanıb. 

 

XXVII turun görüşləri mayın 22-23-də keçiriləcək. Qarşılaşmaların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Qaradağ Lökbatan”la səfər oyununun da vaxtı bəlli olub. 

 

Turun ilk günündə baş tutacaq görüş saat 17:00-da başlayacaq. Matç Lökbatan OİK stadionunda təşkil olunacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

 

Qeyd edək ki, I Liqada çempion olan “Qəbələ” 26 oyunda 64 xal toplayıb.