“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. İyulun 14-də baş tutacaq Macarıstanın MTK klubu ilə qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Boyan Pandjiç olacaq.
MTK - “Qəbələ” oyunu Dyer şəhərində keçiriləcək. “Dyirmot” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında cavab oyunu iyulun 21-də Bakıda keçiriləcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
14 iyul
22:30. MTK (Macarıstan) - “Qəbələ”
Baş hakim: Boyan Pandjiç (İsveç)
Baş hakimin köməkçiləri: Stefan Hallberq, Maqnus Syoblom (hər ikisi İsveç)
Dördüncü hakim: Mohammed Al-Hakim (İsveç)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: Valid İmamoviç (Bosniya və Herseqovina)
Dyer. “Dyirmot” stadionu