Murad Hüseynov ailə həyatına qədəm qoydu
Xəbərlər / 25 İyun 2012 | 07:201184
“Qəbələ”nin və Azərbaycan milli komandasının hücumçusu Murad Hüseynov ötən həftə sonu ailə həyatına qədəm qoyub. 23 yaşlı futbolçunun təntənəli toy mərasimi Rusiyanın Mahaçqala şəhərində baş tutub. Bu şad günündə Muradı yaxınları və futbolçu dostları əhatə ediblər.
“Qəbələ” Futbol Klubunun kollektivi bu əlamətdar gün münasibətilə Murad Bəyi və Suat Xanımı təbrik edir, onlara ailə səadəti və xoşbəxtlik arzulayır.