“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Klubumuz Murad Musayevlə yeni müqavilə imzalayıb.
30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub. Əvvəllər də “Qəbələ”də çıxış etmiş Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.