Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub. Rövlan Muradov “qırmızı-qaralar”ın heyətində 80-ci matçına çıxıb. Onun hesabında 10 qol var.
Yarımmüdafiəçi “Qəbələ”dəki oyun sayında Sergey Zenyova çatıb. Rövlan komandada 80 və daha çox matça çıxan 19-cu futbolçu olub. O, çempionatda 68 (8 qol), kubokda 9 (1 qol), avrokuboklarda 3 (1 qol) görüşdə iştirak edib.
Tovuzdakı qarşılaşma Murad Musayev üçün 70-ci olub. Onun aktivində 2 qol var.
Müdafiəçi Premyer Liqada 61 (2 qol), kubokda 8, avrokubokda 1 dəfə meydana çıxıb. O, klub tarixində 70 və daha çox görüşdə iştirak edən 26-cı futbolçudur.
Xatırladaq ki, “Qəbələ” Tovuz şəhər stadionundakı matçda 2:0 hesabı ilə qalib gəlib.