Martın 20-dən 25-dək Bakıda U-21 və U-23 Azərbaycan yığma komandalarının təlim-məşq toplanışı keçiriləcək. Toplanışa “Qəbələ”nin iki futbolçusu da dəvət olunub. Bunlar Tellur Mütəllimov və Qismət Alıyevdir. Tellur U-23 yığmasında hazırlıq keçəcək. Qismət isə U-21-ə çağırılıb.