«Narkomaniyaya yox deyək» devizi altında tədbir keçirildi
Xəbərlər / 29 İyul 2022 | 17:30238
«Narkomaniyaya yox deyək» devizi altında tədbir keçirildi

“Qəbələ” Futbol Akademiyasında “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilib. Qəbələ Rayon Polis Şöbəsi və “Qəbələ” İdman Klubunun birlikdə təşkil etdiyi görüşə akademiyanın məşqçi və futbolçu heyəti qatılıb. Tədbirdə klubumuzun prezidenti Fariz Nəcəfov, şöbə rəisi, polkovnik Nadir Məmmədov və müavini Ceyhun Qurbanov iştirak ediblər. Gənclərlə profilaktik söhbətlər aparılıb, tövsiyələr verilib. Mövzu ərafında çıxış edənlər narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumatları çatdırıblar. Zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayan qonaqlar yeniyetmələri sabahları üçün sağlam həyat tərzi yaşamağı tövsiyə ediblər.