Topaz Premyer Liqasının XXII turunun təyinatları açıqlanıb. Martın 13-14-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Turun son matçında “Neftçi” ilə qarşılaşacaq “Qəbələ”nin görüşünə də təyinat alan rəsmilər müəyyənləşib. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüşü Elvin Əsgərov idarə edəcək. Onun köməkçiləri Vaqif Musayev və Mehman Mahmudov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ömər Paşayev yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Şaiq Həmidov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq.
Xatırladaq ki, martın 14-də baş tutacaq “Neftçi” - “Qəbələ” matçı saat 20:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXII tur
14 mart (çərşənbə axşamı)
20:00. “Nefftçi” - “Qəbələ”
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Mehman Mahmudov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Bakcell Arena”