Misli Premyer Liqasında XX turun bütün təyinatları açıqlanıb. Yanvarın 26-28-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.
Turun son günündə baş tutacaq “Neftçi” – “Qəbələ” görüşünün ədalət təmsilçiləri də bilinib. Bakıda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək.
“Neftçi Arena”dakı matçda onun köməkçiləri Rahil Ramazanovla Rəhman İmami olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.
Xatırladaq ki, yanvarın 28-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XX tur
28 yanvar (bazar)
17:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”