«Neftçi»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Sentyabr 2016 | 10:34193
«Neftçi»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının IV turunun bütün təyinatları məlum olub. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk matçında “Neftçi” ilə qarşılaşacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi də bəlli olub. Sentyabrın 10-da keçiriləcək matçın baş hakimi FİFA referisi Rəhim Həsənov olacaq. Ona Namiq Hüseynovla Elman Musayev kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Nahid Əliyev olacaq. Fariz Yusifovla Rauf Cabbarov görüşün əlavə köməkçi hakimləri funksiyasını icra edəcəklər. Ədalət təmsilçilərinin işinə Şahin Cəfərov qiymət verəcək. Matçın AFFA nümayəndəsi isə Nüvər Xasıyev olacaq.
Xatırladaq ki, sentyabrın 10-da baş tutacaq “Neftçi” – “Qəbələ” matçı “Əlincə Arena”da keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

Topaz Premyer Liqası
IV tur, 10 sentyabr (şənbə)
20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
“Əlincə Arena”