Topaz Premyer Liqasının XII turunun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Neftçi” ilə səfər oyununu Əliyar Ağayev idarə edəcək. Noyabrın 19-da keçiriləcək qarşılaşmada FİFA referisinin köməkçiləri Zeynal Zeynalov, Akif Əmirəli olacaq. Orxan Məmmədov isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Əli Hüseynov hakim-inspektor, Sakin Məmmədzadə AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, noyabrın 19-da baş tutacaq görüş “Bakcell Arena”da keçiriləcək. Matç saat 17:00-da başlayacaq.
Topaz Premyer Liqası
XII tur
19 noyabr (bazar)
17:00. “Neftçi” – “Qəbələ”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
Bakı. “Bakcell Arena” stadionu