Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Aprelin 18-də baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olub. Səfərdə “Neftçi” ilə qarşılaşacaq “Qəbələ”nin matçını Rauf Cabbarov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasov və Knyaz Əmiraslanov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ömər Paşayev yerinə yetirəcək. “Bakcell Arena” stadionundakı oyuna hakim-inspektor kimi Əli Hüseynov, AFFA nümayəndəsi kimi isə Namiq Məstanov təyinat alıb.
Xatırladaq ki, “Neftçi” - “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.
Azərbaycan kuboku
1/2 final, cavab oyunlar
18 aprel
20:00. “Neftçi” - “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
“Bakcell Arena”
İlk oyun – 2:1